...

SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat Materials 2 Mart 2026 16:15 (UTC +04:00)
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, görüşdə SOCAR ilə bp arasında uzun illərdir davam edən uğurlu əməkdaşlıq məmnunluqla qeyd edilib, birgə icra olunan layihələrin önəmi vurğulanıb. Bu xüsusda, “upstream” layihələri, o cümlədən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) və NAG (Sərbəst Qaz), “Şahdəniz kompressiya”, “Qarabağ”, “Əşrəfi-Dan Ulduzu-Aypara” (ƏDUA) və “Şəfəq-Asiman” layihələri üzrə görülən işlər müzakirə olunub. Tərəflər üçüncü ölkələrdə müxtəlif layihələrdə birgə iştirak imkanlarını nəzərdən keçiriblər.

Söhbət zamanı “midstream” və bərpaolunan enerji layihələri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti