...

Azərbaycanla bp arasında "yaşıl enerji" və karbonsuzlaşma istiqamətlər müzakirə edilib

İqtisadiyyat Materials 2 Mart 2026 17:28 (UTC +04:00)
Azərbaycanla bp arasında "yaşıl enerji" və karbonsuzlaşma istiqamətlər müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və bp arasında neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr aparılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə şirkətlə əməkdaşlığın gündəliyində olan fəaliyyət istiqamətlərini nəzərdən keçirdik.

Şirkət ilə birgə layihələrin səmərəliliyinin artırılması, "yaşıl enerji" sahəsində ortaq təşəbbüslər, iş proseslərinin qlobal sənaye standartlarına uyğun təkmilləşdirilməsi, neft-qaz əməliyyatlarında karbonsuzlaşma və innovativ metodların tətbiqi ilə real dəyərin yüksəldilməsi barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti