...

Omanda neft tankerinə hücum: ölən var

Dünya xəbərləri Materials 2 Mart 2026 15:33 (UTC +04:00)
Omanda neft tankerinə hücum: ölən var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdəki eskalasiyalar fonunda Omanda, Muskat şəhərinin sularında üzən neft tankeri hücuma məruz qalıb.

Trend xarici KİV-ə istinadən xəbər verri ki, bu barədə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzinin bəyanatında deyilir.

Məlumata görə, hücum nəticəsində gəmidə partlayış ardınca isə yanğın meydana gəlib. Bir nəfər həyatını itirib.

“Marşal adalarının bayrağı altında üzrən MKD VYOm neft tankeri Muskat sahillərində 52 dəniz mili aralıda avtonom idarə olunan su nəqliyyat vasitəsinin hücumuna məruz qalıb. Tankerdə təqribən 59,463 ton yük daşınıb”, - məlumatda qeyd olunur.

Hadisə nəticəsində ölən şəxsin Hindistan vətəndaşı olan ekipaj üzvü olduğu qeyd olunur.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti