Bakı. Trend:
“Bitkoin”in qiyməti 16 fevral 2026-cı ildən bəri ilk dəfə ticarət zamanı 70 000 dollar həddini keçib.
Trend xəbər verir ki, bunu Binance platformasından əldə edilən məlumatlar göstərir.
Bakı vaxtı ilə saat 20:46-ya olan məlumata görə, Bitkoin 5,72% artaraq 70 096 dollara çatıb.
Bakı vaxtı ilə saat 21:11-ə qədər isə artım tempi zəifləyib və qiymət 69 393 dollara (4,67% artım) enib.
Eyni zamanda, bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan Ethereumun (ETH) qiyməti 4,06% artaraq 2 053,57 dollara yüksəlib.
