...

Danimarka Fransa ilə nüvə silahlarından çəkindirmə əməkdaşlığına qoşuldu

Dünya xəbərləri Materials 2 Mart 2026 23:54 (UTC +04:00)
Danimarka Fransa ilə nüvə silahlarından çəkindirmə əməkdaşlığına qoşuldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka Fransanın nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlığa qoşulmaq dəvətini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen açıqlama verib.

O bildirib: “NATO-nun nüvə silahlarından çəkindirmə qabiliyyətinə malik üç ölkəsi var: ABŞ, Böyük Britaniya və Fransa. Fransa Prezidenti Emmanuel Macron Danimarkanı və bir neçə digər ölkəni bu sahədə daha sıx əməkdaşlığa dəvət edib. Bu, Avropanın çəkindirmə potensialını gücləndirmək üçün edilir və təəssüf ki, bu, zəruridir. Buna görə də Danimarka bu əməkdaşlığa qatılmağa razılıq verib”.

Müdafiə naziri Troels Lund Poulsen izah edib ki, Fransa ilə əməkdaşlıq Danimarkanın Fransanın nüvə silahlarını yerləşdirəcəyi anlamına gəlmir.

Xəbər lenti

Xəbər lenti