...

Milli Məclis Ombudsmanın məruzəsini qəbul edib

Cəmiyyət Materials 3 Mart 2026 12:12 (UTC +04:00)
Milli Məclis Ombudsmanın məruzəsini qəbul edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsini qəbul edib.

Trend xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Ombudsman Səbinə Əliyeva məruzənin təqdimatı zamanı bildirib ki, 2025-ci ildə Ombudsmanın ünvanına 42 685 müraciət daxil olub. 7/24 rejimində fəaliyyət göstərən Ombudsmanın “916” Çağrı Mərkəzi tərəfindən 14 718 zəng qəbul edilib.

İl ərzində Ombudsman, onun Aparatı və regional mərkəzləri tərəfindən ümumilikdə 9 060 nəfər şəxs qəbul edilib.

Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları tərəfindən 38 şəhər və rayonda, o cümlədən muxtar respublikada 101 seçki dairəsi üzrə 708 seçki məntəqəsində müstəqil olaraq, öz təşəbbüsləri əsasında müşahidələr aparılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və ya müraciət daxil olmayıb.

Ombudsman il ərzində məhkumların və onların ailə üzvlərinin əfv barədə müraciətlərini nəzərə alaraq, müntəzəm qaydada Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təkliflərini göndərib və Komissiyanın iclaslarında iştirak edib. Ombudsmanın müraciətləri əsasında ümumilikdə 900 məhkum, 2025-ci ildə isə 21 məhkum əfv edilib.

2025-ci ildə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində ümumilikdə 355 başçəkmə həyata keçirilib ki, onlardan 93-ü plandankənar olub. Başçəkmələr zamanı ümumilikdə 3 462 nəfər qəbul edilib.

Müzakirələrdən sonra məruzə ilə bağlı qərar layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti