Bakı. Trend:
Fevral ayı ərzində 19 plandankənar və 15 planlı yoxlama keçirilib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
Bildirilib ki, yoxlamalar nəticəsində stomatoloji, plastik cərrahi, onkoloji, fizioterapevtik və s. işlər üzrə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar fəaliyyətlə bağlı nöqsanlar aşkar edilib.
"Ümumilikdə fevral ayı ərzində 19 müəssisə və 38 həkim və tibb bacısı barədə tədbir görülüb", - deyə mərkəzin məlumatında qeyd olunub.
