...

Azərbaycan regional elektrik və "yaşıl enerji" interkonnektorlarının strateji mərkəzinə çevrilir - Pərviz Şahbazov

İqtisadiyyat Materials 3 Mart 2026 12:08 (UTC +04:00)
Azərbaycan regional elektrik və "yaşıl enerji" interkonnektorlarının strateji mərkəzinə çevrilir - Pərviz Şahbazov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin kəsişməsində yerləşən Azərbaycan regional elektrik və “yaşıl enerji” interkonnektorları üçün strateji mərkəzə çevrilməkdədir. Bu rol Orta Dəhliz və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun inkişafı ilə daha da güclənir.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.

Nazir bildirib ki, strateji səviyyədə tərəfdaşlarla əməkdaşlıq enerji və məlumat bağlantılarının, eləcə də Xəzər və Qara dəniz regionunda təchizat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini bir daha təsdiqləyir və Azərbaycanın bu arxitekturadakı əvəzolunmaz rolunu vurğulayır:

"Xəzər–Qara dəniz–Avropa, Azərbaycan–Türkiyə–Avropa marşrutları (həm Naxçıvandan birbaşa, həm də Ermənistan üzərindən), eləcə də Transxəzər və Şərq–Qərb Yaşıl Enerji Dəhlizləri vasitəsilə Azərbaycan və Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı vahid sistemə inteqrasiya olunur. Fiber-optik komponentlərlə birlikdə bu layihələr Avropa ilə uzunmüddətli, şaxələndirilmiş elektrik və məlumat körpüsünü formalaşdıracaq", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti