...

Azərbaycanda pul bazası artıb

İqtisadiyyat Materials 3 Mart 2026 11:21 (UTC +04:00)
Azərbaycanda pul bazası artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il martın 1-nə Azərbaycanda pul bazası 22,817 milyard manat təşkil edib.

Trend bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2026-cı ilin fevralın 1-i ilə müqayisədə 271,7 milyon manat və ya 1,2% çoxdur.

Eyni zamanda ölkədə pul bazası son 1 ildə isə 2,975 milyard manat və yaxud 15% artıb.

Qeyd edək ki, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ən ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: 1) Dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; 2) Bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti