...

Əfqanıstandakı Baqram hava bazası Pakistan hücumları nəticəsində zərər gördü

Dünya xəbərləri Materials 3 Mart 2026 06:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Baqram hava bazası bazar günü Pakistanın hava hücumları nəticəsində zərər görüb.

Trend xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.

Bildirilir ki, bazanın şimal hissəsində yerləşən ən azı iki böyük anbar və bir təyyarə anqarı dağılıb.

Əvvəlki məlumatlara görə, Əfqanıstan Müdafiə Nazirliyi Baqram aviabazasına, Kabilə və digər ərazilərə edilən hücumlara cavab olaraq Pakistandakı hərbi obyektlərə zərbələr endirildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti