Bakı. Trend:
Yaponiya-nın cənubundakı Vulkan adaları bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 12:55-də baş verib. Zəlzələnin episentri 20 kilometr dərinlikdə yerləşib.
Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur, sunami xəbərdarlığı verilməyib.
