...

Kazemiro Mançester Yunayted üçün əvəzedici tövsiyə etdi

İdman Materials 3 Mart 2026 00:47 (UTC +04:00)
Kazemiro Mançester Yunayted üçün əvəzedici tövsiyə etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mançester Yunayted-in yarımmüdafiəçisi Kazemiro klub rəhbərliyi ilə əvəzedici mövzusunda müzakirələr aparıb.

Trend-in məlumatına görə, 34 yaşlı futbolçu 28 yaşlı Bruno Gimaraeş-i tövsiyə edib. Kazemiro həmyerlisinin Mançesterdə əhəmiyyətli rol oynaya biləcək bütün keyfiyyətlərə malik olduğuna inanır.

Klubla yeni müqavilə bağlamadığı üçün Kazemiro bu yay Mançester Yunayted-dən azad agent kimi ayrılacaq. Gimaraeşin isə Nyukasl ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur. Transfermarkt onun transfer dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Bu mövsüm Gimaraeş Nyukasl-da 35 oyunda iştirak edib, doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti