Bakı. Trend:
Kişi basketbolçulardan ibarət Azərbaycan milli basketbol komandası AÇ-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
Trend xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən, baş məşqçisi Tahir Baxşıyev olan Azərbaycan millisi 70:78 hesabı ilə uduzub. Qarşılaşma Bakı İdman Sarayında keçirilib.
Daha əvvəl Azərbaycan millisi Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzmuş, İrlandiyanı isə (76:75) məğlub etmişdi.
A qrupunda vəziyyət belədir: Şimali Makedoniya 6 xalla liderdir, Lüksemburq 5 xalla ikinci, Azərbaycan millisi 4 xalla üçüncü, İrlandiya isə bütün oyunlarda uduzaraq 3 xalla dördüncü pillədə qərarlaşıb.
