Bakı. Trend:
Yaponiyanın avtomobil istehsalçısı "Subaru" elektrik əyləc konnektorunun konnektor tutucusunun sıradan çıxması səbəbindən mümkün qopma qüsuru ilə əlaqədar avtomobillərini geri çağırır.
Trend xəbər verir ki, bu barədə "Subaru" rəsmi saytında açıqlama yayıb.
Bildirilib ki, geri çağırış əlavədə göstərilən VIN kodları ilə 2015–2019-cu illər arasında satılmış 5 467 ədəd "Subaru Legacy", "Subaru Outback" və "Subaru XV" modellərinə şamil edilir.
Açıqlamada qeyd olunur ki, nasaz konnektor tutucusu səbəbindən elektrik əyləc konnektoru nəqliyyat vasitəsinin istismarı zamanı ayrıla bilər. Bu nasazlıq nəticəsində elektrik əyləc sistemi barədə xəbərdarlıq göstəricisi yanıb-sönə və əyləc sistemi işləməyə bilər.
