Bakı. Trend:
Vaşinqton administrasiyası hələlik İrana qarşı mümkün hərbi əməliyyat fonunda ABŞ-nin strateji neft ehtiyatlarından qiymətləri aşağı salmaq məqsədilə neftin satılması imkanlarını müzakirə etmir.
Trend xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, belə bir addım “hazırda masada deyil”, çünki “neft bazarlarında hələ də kifayət qədər təklif mövcuddur”.
Eyni zamanda Financial Times qəzeti yazıb ki, İrandakı münaqişə neftin qiymətinin bir barel üçün 80-100 dollaradək yüksəlməsinə səbəb ola bilər.
