...

ABŞ vətəndaşlarını Yaxın Şərqi dərhal tərk etməyə çağırdı

Dünya xəbərləri Materials 3 Mart 2026 04:43 (UTC +04:00)
ABŞ vətəndaşlarını Yaxın Şərqi dərhal tərk etməyə çağırdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Dövlət Departamenti regionda gərginliyin artması səbəbindən amerikalıları Yaxın Şərqin 10-dan çox ölkəsini dərhal tərk etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Mora Namdar "X" sosial şəbəkəsində məlumat yayıb.

O bildirib: “Marko Rubio və Dövlət Departamenti amerikalıları təhlükəsizliklə bağlı ciddi risklər səbəbindən mövcud olan istənilən kommersiya nəqliyyat vasitələrindən istifadə edərək aşağıda sadalanan ölkələri dərhal tərk etməyə çağırır.”

Siyahıda Bəhreyn, Misir, İran, İraq, İsrail, Qəzza zolağı, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ və Yəmən yer alıb.

Xəbər lenti

Xəbər lenti