Bakı. Trend:
Lonq Biç şəhərində yerləşən Marathon Burger restoranının açılışında atışma baş verib.
Trend xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.
Hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Atışmanın motivi, şəraiti və ehtimal olunan şübhəlilər hələ də müəyyənləşdirilir.
Qeyd olunur ki, məşhur reper Snup Doqq tədbirdə iştirak edərək yeni müəssisənin açılış lentini kəsib və pərəstişkarlarına burger paylayıb. Qısa müddət sonra atəş səsləri eşidilib.
