Bakı. Trend:
Barselona prezident seçkilərində namizədləri dəstəkləmək üçün toplanan imzaların sayı açıqlanıb.
Trend xəbər verir ki, rəsmi qeydiyyat üçün tələb olunan hədd 2237 imzadır.
Klubun keçmiş prezidenti Joan Laporta ən çox imza təqdim edib – 8171 imza. 2021-ci ildə keçirilən son seçkilərdə o, 10272 imza toplamışdı.
“Blauqrana”nın keçmiş məşqçisi Xavi tərəfindən dəstəklənən Viktor Font 5144 imza toplayıb. Onu doqquz imza toplayan Uilyam Meddok da dəstəkləyib.
“Barsa” akademiyasının yetirməsi Mark Siria onu dəstəkləyənlərin 2840 imzasını təqdim edib.
Xavi Vilajoana 1621 imza toplaya bilib, buna görə də o, rəsmi namizəd kimi qeydiyyata alınmayacaq.
Digər namizəd Daniel Xuan isə cəmi 84 imza təqdim edib.
