...

Apple "iPhone 17e" və yeni "iPad Air"i təqdim etdi

Dünya xəbərləri Materials 3 Mart 2026 06:55 (UTC +04:00)
Apple "iPhone 17e" və yeni "iPad Air"i təqdim etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Apple korporasiyası "iPhone 17e" modelini təqdim edib.

Trend xəbər verir ki, bu model "iPhone 16e"nin birbaşa varisidir və 256 giqabaytlıq versiyanın qiyməti 599 dollar təşkil edir. Yeni modelin təqdimatından sonra Apple "iPhone 16e"ni satışdan çıxarıb.

Smartfon A19 prosessoru, 8 giqabayt operativ yaddaş və C1X modem ilə təchiz olunub. Cihaz 60 hers yenilənmə tezliyinə malik 6,1 düymlük Super Retina XDR ekranla təklif olunur və ekran yeni "Ceramic Shield 2" qoruyucu örtüyü ilə müdafiə edilir.

Eyni zamanda "Apple" "iPad Air"in yeni versiyasını təqdim edib. Qurğu M4 prosessoru, 8 giqabayt operativ yaddaş və əlavə "Apple N1" çipi ilə təchiz olunub, "Wi-Fi 6E" texnologiyasını dəstəkləyir. 11 düymlük modelin qiyməti 599 dollar, 13 düymlük versiyanın qiyməti isə 799 dollardır.

Xəbər lenti

Xəbər lenti