...

SEPAH-ın hücumu nəticəsində BƏƏ-də 40-dan çox amerikalı hərbçi öldürüldü

Dünya xəbərləri Materials 3 Mart 2026 07:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-ın Hərbi Dəniz Qüvvələrinin həyata keçirdiyi kombinə edilmiş PUA və raket hücumu nəticəsində Birləşmiş Ərəb Əmirlikləri-nin Dubay şəhərində 40-dan çox amerikalı hərbçi öldürülüb.

Trend xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

Bildirilib ki, HDQ-nin Dubay şəhərində amerikalı hərbçilərin toplandığı məkanlardan birinə PUA hücumu zamanı orada 160-dan çox dəniz piyadası olub. Sahə məlumatlarına əsasən, kombinə edilmiş PUA və raket hücumu nəticəsində 40-dan çox ABŞ hərbçisi öldürülüb, 70-dən çox hərbçi isə yaralanıb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Xəbər lenti

Xəbər lenti