...

ABŞ-də 100-dən çox kiçik zəlzələ qeydə alındı

Dünya xəbərləri Materials 3 Mart 2026 08:43 (UTC +04:00)
ABŞ-də 100-dən çox kiçik zəlzələ qeydə alındı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin “Tonopa” poliqonu ərazisində bir sıra kiçik tezlikli zəlzələlər qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, ötən həftə ərzində ABŞ Geoloji Xidmətinin alimləri poliqonun 80 km radiusunda tezliyi 1,0-dan 3,0-a qədər dəyişən 100-dən çox seysmik hadisə müşahidə ediblər.

Qeyd olunub ki, zəlzələlərin tez-tez baş verməsi İsrail və ABŞ tərəfindən İranın bombardman edilməsi, həmçinin ABŞ Prezidenti Donald Trumpın regiona yaxınlaşan “böyük zərbə dalğası” barədə sözləri fonunda baş verib.

“52-ci zona” ABŞ-nin ciddi şəkildə məxfi saxlanılan hərbi bazasıdır və bu poliqon uzun müddət silah sınaqları üçün istifadə edilib. Qəzet vurğulayıb ki, baş verən zəlzələlər regiondakı normal geoloji aktivliyin uzunmüddətli dövrü ilə də əlaqədar ola bilər.

Xəbər lenti

Xəbər lenti