...

Ötən ay ümumi dəyəri 10 milyon manatdan çox olan qaçaqmal aşkarlanıb

Cəmiyyət Materials 3 Mart 2026 12:00 (UTC +04:00)
Ötən ay ümumi dəyəri 10 milyon manatdan çox olan qaçaqmal aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 298 kiloqram 299 qram narkоtik vasitə və 2990 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin aylıq statistikasında bildirilir.

Qeyd edilir ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 10 milyon 912 min 328 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, kosmetik vasitələr və tütün məmulatları aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti