...

SEPAH ABŞ-nin Bəhreyndəki hərbi bazasının qərargahını vurduğunu açıqlayıb

Dünya xəbərləri Materials 3 Mart 2026 09:38 (UTC +04:00)
SEPAH ABŞ-nin Bəhreyndəki hərbi bazasının qərargahını vurduğunu açıqlayıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu ABŞ-nin Bəhreyndəki Hərbi Hava Bazasının qərargahı və əsas koamandanlıq binasını məhv edib.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, SEPAH “Doğru Vəd 4” əməliyyatının 14-cü mərhələsində bu gün səhər Bəhreynin Şeyx İsa məntəqəsində ABŞ hərbi hava bazasını dron və raketlərlə atəşə tutub.

İran tərəfi bu mərhələdə 20 dron və 3 raketlə ABŞ-nin hərbi bazasını və komandalığın əsas binasını məhv etdiyini və bazanın yanacaq ehtiyatının alovlandığını bildirib.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti