...

Yasamalda piyada keçidində qəza: velosiped idarə edən şəxs öldü

Hadisə Materials 3 Mart 2026 09:17 (UTC +04:00)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Yasamalda piyada keçidində velosiped idarə edən şəxsi maşın vurub.

Trend-in məlumatına görə, hadisə dünən saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Elnur Ağayev “BYD” markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Natiq Vahabovu vurub.

Hadisə nəticəsində velosiped sürücüsü ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

Xəbər lenti

Xəbər lenti