...

Nazir "yaşıl enerji" dəhlizləri layihələrinin icra vəziyyətindən danışıb

Yaşıl iqtisadiyyat Materials 3 Mart 2026 12:10 (UTC +04:00)
Nazir "yaşıl enerji" dəhlizləri layihələrinin icra vəziyyətindən danışıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Biz daxili tələbat, ixrac və məlumat mərkəzləri üçün 8 qiqavat bərpa olunan enerji gücünün yaradılması planını həyata keçiririk. Bunun 2 giqavatı gələn il milli şəbəkəyə inteqrasiya ediləcək, 3,9 qiqavatlıq hissənin isə 2032-ci ildən etibarən ixracı nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.

"Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi üzrə texniki-iqtisadi əsaslandırma yekunlaşmaq üzrədir və ilk iki mərhələ "ENTSO-E"nin növbəti 10 illik şəbəkə inkişaf planı çərçivəsində qiymətləndirilir. Nəticələrin 2026-cı ildə açıqlanması gözlənilir. “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə texniki-iqtisadi əsaslandırma isə davam edir.

1 000 meqavat gücündə Zəngəzur ötürmə xəttinin tikintisinə başlanılıb və bu layihə Azərbaycan–Türkiyə–Avropa Yaşıl Enerji Dəhlizinin əsas halqasını təşkil edir. Eyni zamanda, Naxçıvandan 1 giqavat Günəş enerjisinin Türkiyə şəbəkəsinə inteqrasiyası üçün texniki həllər qiymətləndirilir və Azərbaycan–Türkiyə–Gürcüstan–Bolqarıstan dəhlizi üzrə işlər irəliləyir.

Bütün bu təşəbbüslər birlikdə yeni transmilli enerji körpüsünü formalaşdıracaq və ölkəmizin qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti