...

Lənkəranda evlərdən silsilə oğurluqlar edilib - Saxlanılan var

Hadisə Materials 3 Mart 2026 12:48 (UTC +04:00)
Lənkəranda evlərdən silsilə oğurluqlar edilib - Saxlanılan var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəranda evlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisindəki 7 evə daxil olaraq pul, qızıl-zinət və məişət əşyaları talayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Orxan Quluzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, O.Quluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti