Bakı. Trend:
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə təbii qaz təchizatı, elektrik enerjisinin istehsalı və ötürmə layihələrini müzakirə edib.
Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensen ilə təbii qaz təchizatı və elektrik enerjisinin istehsalı və ötürmə layihələri, eləcə də Avropa şirkətlərinin cəlbi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə etdik", - paylaşımda qeyd edilib.
