...

ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 3 Mart 2026 11:25 (UTC +04:00)
ABŞ-nin Küveytdəki səfirliyi fəaliyyətini dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Küveytdəki səfirliyi regionda davam edən gərginlik səbəbindən növbəti bildirişədək fəaliyyətini dayandırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir

“Səfirlikdə bütün adi və təcili konsulluq qəbulları ləğv edilib. Səfirliyin normal fəaliyyətə qayıtması ilə bağlı əlavə məlumat veriləcək”, – deyə məlumatda qeyd olunub.

Bundan başqa ABŞ-nin İraqdakı səfirliyi hökumət əməkdaşlarına ölkəni tərk etməyi tapşırıb.

Diplomatik missiya İraq üzrə səyahət xəbərdarlığını yeniləyərək təhlükəsizlik səbəblərindən dolayı ABŞ hökumətinin strateji vəzifələrdə olmayan əməkdaşlarına ölkəni tərk etmək göstərişi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti