Bakı. Trend:
İranın İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin yüksəkrütbəli üzvü və “Hizbullah” hərəkatı ilə əməkdaşlıq edən şəxs dünən ötən gün İsrail hərbi dəniz qüvvələrinin Beyruta endirdiyi zərbə nəticəsində öldürülüb.
Trend “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Hərbi qurumun bildirdiyinə görə, Livanın paytaxtına endirilən zərbə nəticəsində “Hizbullah”ın hərbi potensialının bərpası səylərində hərəkata yardım edən Rza Xəzai öldürülüb.
IDF-in məlumatına əsasən, Xəzai eyni zamanda Qüds Qüvvələrinin Livan Korpusunun qərargah rəisi vəzifəsində çalışıb.
Hərbi qurum qeyd edir ki, o, “Hizbullah” ilə İran dövlətinin arasında əlaqələndirməyə cavabdeh olub və İrandan Hizbullaha silahların ötürülməsi üzərində işləyib.
