...

Fevralda 3 plastik cərrah və 2 stomatoloqla bağlı protokollar yazılıb - Rəsmi

Cəmiyyət Materials 3 Mart 2026 12:01 (UTC +04:00)
Fevralda 3 plastik cərrah və 2 stomatoloqla bağlı protokollar yazılıb - Rəsmi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Baki. Trend:

Fevral ayı ərzində 8 stomatoloji klinikada yoxlama aparılıb, lisenziya şərtlərinə əməl olunmaması, sertifikasiya şəhadətnaməsi olmaması, lisenziyadankənar fəaliyyət üzrə nöqsanlar aşkarlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bundan başqa, polis və ya vergi orqanlarından gələn müraciətlər əsasında 2 stomatoloq barəsində də lisenziya olmadan fəaliyyət göstərmələri barədə protokollar yazılıb:

"Fevral ayı ərzində plastik cərrahlarla bağlı 4 şikayət üzrə araşdırma aparılaraq yoxlama keçirilib. Yoxlama əsasında 3 həkimə plastik cərrahiyyə ilə bağlı protokollar yazılıb. Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadankənar fəaliyyətlə əlaqədardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti