Bakı.Trend:
ADY qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Bildirilir ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Biletləri dəmiryol kassalarından, saytımızdan və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.
