...

ABŞ Cənub Qaz Dəhlizininin strateji əhəmiyyətini yüksək qiymətləndirir - Dövlət katibi

Energetika Materials 3 Mart 2026 14:58 (UTC +04:00)
ABŞ Cənub Qaz Dəhlizininin strateji əhəmiyyətini yüksək qiymətləndirir - Dövlət katibi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Cənub Qaz Dəhlizininin strateji əhəmiyyətini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Katibinin İqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında onlayn çıxışında deyib.

“Cənub Qaz Dəhlizi bölgədəki uğurlu tərəfdaşlığımızın mərkəzində dayanır və enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğuna dair ortaq mövqeyimizi əks etdirir. ABŞ Cənub Qaz Dəhlizini yaradıldığı ilk gündən dəstəkləyir və dəhlizin Qafqaz regionunu Avropa ilə birbaşa birləşdirmək baxımından strateji əhəmiyyətini yüksək qiymətləndirir”,-deyə Orr qeyd edib.

O eyni zamanda vurğulayıb ki, ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) və daha geniş “Trans-Xəzər” marşrutunun tam potensialını reallaşdırmaq, regional iqtisadi inteqrasiyanı gücləndirmək, eləcə də enerji, strateji minerallar və digər məhsullar üçün ticarət yollarını genişləndirmək sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar görür.”

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti