...

İranda diplomatik polisin binası səfirlikləri müdafiəsiz saxlamaq üçün vurulub – XİN rəsmisi

Dünya xəbərləri Materials 3 Mart 2026 15:15 (UTC +04:00)
İranda diplomatik polisin binası səfirlikləri müdafiəsiz saxlamaq üçün vurulub – XİN rəsmisi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İsrailin İrana hərbi hava hücumlarının həyata keçirilməsi ilə xarici ölkələrin diplomatik nümayəndəliklərin müdafiəsiz qalması məqsədini daşıyıb.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 mart) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu məqsədlə İranın diplomatik xidməti polis idarəsinin binası raketlərlə vurulub.

İranda xarici ölkələrin nümayəndəliklərinin mühafizəsini İranın Hüquq-Mühafizə Qüvvələrinin diplomatik xidməti polisi həyata keçirir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti