...

Azərbaycanla Avstriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2026 15:05 (UTC +04:00)
Azərbaycanla Avstriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə edilib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Avstriya energetika sahəsində əməkdaşlığı müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Avstriyanın İqtisadiyyat, Enerji və Turizm Federal Nazirliyinin Baş katibi Severin Qruber, OMV şirkətinin İdarə heyətinin üzvü Berislav Gasho ilə görüşdük. Mərkəzi Avropada təbii qaz üzrə əsas tranzit qovşaqlarından biri olan Avstriya ilə əməkdaşlığımızın xam neftlə yanaşı, təbii qaz tədarükünü əhatə etməsini məmnunluqla qeyd etdik. Dayanıqlı enerji təhlükəsizliyi üçün təbii qazla bağlı praqmatik siyasətin vacibliyi ilə bağlı fikirlərimizi bölüşdük", - paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti