...

İran 12 günlük müharibədən sonra uranı zənginləşdirməyib – Bəqai

Dünya xəbərləri Materials 3 Mart 2026 15:22 (UTC +04:00)
İran 12 günlük müharibədən sonra uranı zənginləşdirməyib – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin iyun ayında İran əleyhinə 12 günlük müharibədən sonra İranda uranın zənginləşdirilməsi həyata keçirilməyib.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (3 mart) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, doğrudur İran Nüvə Silahlarının Yayılmamasına dair Saziş (NPT) çərçivəsində uranın zənginləşdirmə haqqına sahib olduğunu bəyan edib.

Bəqai bildirib ki, ötən il İrana hücumdan sonra qarşı tərəf (ABŞ) İranın nüvə obyektlərinin (3 nüvə obyekti) tam şəkildə vurulduğunu və məhv edildiyini bildirib. Belə olan halda İran bir həftə ərzində nüvə bombasını düzəltmək üçün lazımi maddələri istehsal edə bilməz.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti