...

Albaniya TAP vasitəsilə təbii qaza çıxış imkanı baxımından əlverişli mövqedədir - Nazir müavini

Energetika Materials 3 Mart 2026 16:32 (UTC +04:00)
Albaniya TAP vasitəsilə təbii qaza çıxış imkanı baxımından əlverişli mövqedədir - Nazir müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Albaniya Transadriatik Qaz Kəməri (TAP) vasitəsilə təbii qaz tədarükünə çıxış imkanı qazanmaq baxımından əlverişli mövqedədir.

Trend xəbər verir ki, bunu bu gün Albaniyanın infrastruktur və energetika nazirinin müavini Erlind Sulo Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin Bakıda keçirilən iclasında etdiyi çıxıda deyib.

“Bu, ölkə daxilində enerji ehtiyaclarını təmin etməyə, elektrik enerjisindən tək enerji mənbəyi kimi asılılığı azaltmağa, həmçinin ev təsərrüfatları, biznes və sənaye üçün enerjini daha əlçatan və sərfəli etməyə imkan verir. Biz bu istiqamətdə iki paralel layihə üzrə işləmək qərarına gəlmişik.

Birincisi, “Vlora” İstilik Elektrik Stansiyasının yenidən canlandırılması və onun TAP çıxış nöqtəsinə və LNG üzən terminalına birləşdirən boru kəməri ilə inteqrasiya olunmuş layihə kimi icra olunmasıdır. İkincisi, Albaniyanın əsas şəhərlərindən biri olan Korça şəhərinin qazlaşdırılmasıdır”, - o bildirib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti