...

Rusiya vətəndaşların İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib

Siyasət Materials 3 Mart 2026 15:18 (UTC +04:00)
Rusiya vətəndaşların İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib.

Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb.

Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya Federasiyası vətəndaşlarının İran İslam Respublikasından operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Hökumət başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyini vurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə əldə olunmuş razılaşmanı alqışlayıblar.

Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti