...

Azərbaycan-Yaponiya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 3 Mart 2026 16:33 (UTC +04:00)
Azərbaycan-Yaponiya kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanda kibertəhlükəsizlik sahəsində görülən işlərlə bağlı qonaqlara ətraflı məlumat verilib, onların sualları cavablandırılıb.

Eyni zamanda Yaponiya nümayəndələri kiberhücumlara qarşı müdafiə mexanizmləri və beynəlxalq əməkdaşlıq istiqamətində ölkələrinin təcrübələrini bölüşüblər.

Görüşdə bu il Azərbaycan və Yaponiya arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı məlumat mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ETX və “JPCERT/CC” arasında 2025-ci ildən etibarən məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti