...

Almaniya kansleri Rusiyaya təzyiqləri artırmağa çağırıb

Dünya xəbərləri Materials 4 Mart 2026 09:43 (UTC +04:00)
Almaniya kansleri Rusiyaya təzyiqləri artırmağa çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya kansleri Fridrix Mertz Qərbi Rusiyaya qarşı “təzyiqi artırmağa” çağırıb

Trend xəbər verir ki, kansler bu barədə "X" səhifəsində yazıb.

O, Ukraynadakı münaqişənin artıq başa çatmalı olduğunu vurğulayıb.

“Ukraynada hərbi əməliyyatlar başa çatmalıdır. Bu məsələdə mən Prezident Tramp ilə razıyam. Yaxın Şərqdə təhlükəsizlik və ədalət uğrunda mübarizə aparanlar Avropada da təhlükəsizlik və ədalət istəməlidirlər. Biz Moskvaya təzyiqi artırmalıyıq”,- deyə Mertz qeyd edib.

Martın 3-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Mertz ilə görüşüb. Amerika lideri bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında “böyük nifrət” qalmaqdadır. Həmçinin Mertz qeyd edib ki, o, Trampa avropalıların iştirakı olmadan Ukrayna üzrə bağlanacaq hər hansı razılaşmanı qəbul etməyəcəkləri barədə mövqeyini çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti