...

Avstriyada cüdo üzrə Qran-Pri turniri keçiriləcək

İdman Materials 4 Mart 2026 06:51 (UTC +04:00)
Avstriyada cüdo üzrə Qran-Pri turniri keçiriləcək

Bakı. Trend:

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 6–8 mart tarixlərində Avstriyanın Linz şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Trend xəbər verir ki, Azərbaycan yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 7 cüdoçu ilə təmsil olunacaq.

Dünya Cüdo Turuna daxil olan turnirdə 62 ölkədən 509 idmançı iştirak edəcək.

Heyəti təqdim edirik:

Kişilər

-60 kq
Murad Muradlı

-66 kq
Ruslan Paşayev
İslam Rəhimov

-81 kq
Ömər Rəcəbli
Vüsal Qələndərzadə

+100 kq
Camal Qamzatxanov
Uşanqi Kokauri

Xəbər lenti

Xəbər lenti