Bakı. Trend:
ABŞ və Ekvadorun hərbi qüvvələri Ekvador ərazisində narkotik kartellərinə qarşı ortaq əməliyyatlara başlayıblar.
Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı “X” sosial şəbəkə hesabında açıqlama yayıb.
Bəyanatda bildirilir ki, martın 3-də ABŞ və Ekvador Silahlı Qüvvələri ölkədə terrorçu qruplaşmalara qarşı əməliyyatlara start veriblər. Qeyd olunub ki, bu addım Latın Amerikası və Karib hövzəsindəki tərəfdaşların narkoterrorizmə qarşı mübarizəyə sadiqliyini nümayiş etdirir.