...

Qaradağ günəş elektrik stansiyasının istehsal etdiyi "yaşıl" enerjinin həcmi açıqlanıb

Yaşıl iqtisadiyyat Materials 3 Mart 2026 17:31 (UTC +04:00)
Qaradağ günəş elektrik stansiyasının istehsal etdiyi "yaşıl" enerjinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə olan məlumata görə, Azərbaycanda yerləşən Qaradağ Günəş Elektrik Stansiyası milli enerji sisteminə ötürülmüş 1 milyard 100 min kilovat-saatdan çox “yaşıl” enerji istehsal edib.

Trend xəbər verir ki, bunu “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl” enerji üzrə Məşvərət şuralarının iclasında bildirib.

“Azərbaycan bərpa olunan enerji güclərini artırdıqca, biz inkişafın növbəti mərhələsini - müxtəlif generasiya mənbələrinin balanslaşdırılmış və dayanıqlı enerji sisteminə inteqrasiyasını müşahidə edirik”, - deyə o bildirib.

Sadıxov qeyd edib ki, “Masdar” bu prosesə töhfə verməkdən qürur duyur.

“Azərbaycandakı tərəfdaşlığımız 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ilə başlayıb. Bu, ölkədə xarici investisiyalar cəlb olunmaqla həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi layihəsidir. Layihə göstərdi ki, Azərbaycan bərpa olunan enerji sahəsində layihələr üçün beynəlxalq kapital cəlb etmək, yerli ekspertizanı inkişaf etdirmək və mürəkkəb infrastruktur layihələrini yüksək səviyyədə həyata keçirmək qabiliyyətinə malikdir”, - deyə o vurğulayıb.

Masdar Azerbaijan-ın direktoru əlavə edib ki, hazırda stansiya 100 mindən çox ev təsərrüfatını etibarlı və əlçatan elektrik enerjisi ilə təmin edir və Azərbaycanın daha şaxələndirilmiş enerji balansının bir hissəsidir:

“Bu günə qədər stansiya milli enerji sisteminə ötürülmüş 1 milyard 100 min kilovat-saatdan çox ‘yaşıl’ enerji istehsal edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti