Bakı. Trend:
Pakistanda son dörd gün ərzində 389 əfqan qaçqın saxlanılaraq Əfqanıstana təhvil verilib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, onlar ölkənin cənubundakı əsas sərhəd məntəqəsi olan Qəndəhar əyalətindəki Spin Boldak keçid məntəqəsi vasitəsilə Əfqanıstan hökumətinə təhvil verilib.
Pakistan hakimiyyəti əfqan qaçqınların saxlanılması və geri qaytarılması istiqamətində tədbirləri gücləndirib.
