...

Lənkəranın bir sıra kəndlərində işıq olmayacaq

Cəmiyyət Materials 3 Mart 2026 23:55 (UTC +04:00)
Lənkəranın bir sıra kəndlərində işıq olmayacaq

Bakı. Trend:

Martın 4-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-1" yarımstansiyasından çıxan 10 kV-luq "Pravda" hava xəttində təmir işləri aparılacaq.

Bu barədə Trend-ə "Azərişıq" ASC-dən bildirilib.

Bununla əlaqədar olaraq, saat 10:00-dan 13:30-dək Cil, Xarxatan, Şağlaser kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti