...

Xaçmazın Qımılqışlaq kəndində Od Çərşənbəsi milli adət-ənənələrimizə uyğun qeyd olunub (FOTO)

Gündəm Materials 3 Mart 2026 19:24 (UTC +04:00)
Xaçmazın Qımılqışlaq kəndində Od Çərşənbəsi milli adət-ənənələrimizə uyğun qeyd olunub (FOTO)

Bakı. Trend:

Xaçmazın Qımılqışlaq kəndində Od Çərşənbəsi milli adət-ənənələrimizə uyğun qeyd olunub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə şəhid ailələri tərəfindən bayram tonqalı alovlandırılıb. Milli geyimli oğlanlar və qızlar tonqal ətrafında rəqs ediblər. İştirakçılara Od çərşənbəsi haqqında ətraflı məlumat verilib və bu çərşənbənin insanların oda, Günəşə olan inamından irəli gələrək illərdir qeyd edildiyi vurğulanıb.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinləri qarşıdan gələn Ramazan ayı və Novruz bayramı münasibətilə təbrik edib. Od Çərşənbəsinin Qımılqışlaq kəndində yalnız bir çərşənbə bayramı kimi deyil, milli kimliyimizin, tarixi yaddaşımızın və gələcəyə inamımızın təntənəsi kimi qeyd olunduğunu bildirib.

Tədbir çərçivəsində mədəniyyət işçiləri və məktəblilər Novruz ənənələrini yaşadıblar. Milli xalq rəqsləri nümayiş olunub, şən mahnılar səsləndirilib. Novruza aid səhnəciklər təqdim edilib. Həmçinin, bayram şirniyyatlarından ibarət xonçalar bəzədilib. Bayram proqramı iştirakçılarda xoş ovqat yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti