Bakı.Trend:
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya yeni tərkib üzrə seçkilər keçirilib.
Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, 155 vətəndaş cəmiyyəti institutu nümayəndələrindən 117-sinin səs verdiyi prosesdə qanunvericiliyə uyğun olaraq 14 namizəddən 7-si səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplayaraq Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya üzv seçilib:
1. Nuriyev Zakir Əlibala oğlu - Azərbaycan Banklar Assosiasiyası
2. Atakişiyev Ruslan Bahyəddin oğlu - “İqtisadi resursların öyrənilməsi” İctimai Birliyi
3. Xəlilov Vüsal İbrahim oğlu - “Türkiyə-Azərbaycan iş adamları və sənayeçiləri” İctimai Birliyi
4. Alxasov Cavanşir Ağasəlim oğlu - Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
5. Əhmədov Əli Zülfiqar oğlu - Media subyekti, “Fed.az” MMC
6. Nuriyeva Şəbnəm Cümşüd qızı - Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, müəllim, fəlsəfə doktoru
7. Cəfərov Eldəniz Şükür oğlu - Media subyekti, ekspert
