Bakı. Trend:
Türkiyə Kubokunda qrup oyunlarının 4-cü turu keçirilir.
Trend xəbər verir ki, səfərdə "Alanyaspor"un qonağı olan "Qalatasaray" 2:1 hesablı qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, 8 komandanın yer aldığı A qrupunda çıxış edən "Qalatasaray" 4 matçdan sonra 12 xalla liderdir. "Alanyaspor" isə 7 xalla 3-cü sıradadır.
Türkiyə Kuboku
IV tur, A qrupu
"Alanyaspor" - "Qalatasaray" 1:2
Qollar: S.Mounie, 78, - B.Yılmaz, 6, R.Nhaqa, 29