...

"TotalEnergies" "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi barədə məlumat verib

İqtisadiyyat Materials 3 Mart 2026 17:56 (UTC +04:00)
"TotalEnergies" "Abşeron" yatağının işlənilməsinin ikinci mərhələsi barədə məlumat verib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"TotalEnergies", SOCAR və XRG hazırda “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini öyrənir.

Trend xəbər verir ki, bunu bu gün "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Opizzi Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurası nazirlərin 12-ci iclasında bildirib.

“Abşeron” TotalEnergies, SOCAR və XRG arasında beynəlxalq təcrübəni güclü milli və regional tərəfdaşlarla birləşdirən sıx və uzunmüddətli əməkdaşlıq sayəsində əldə edilə bilən nəticələrin bariz nümunəsidir. SOCAR və XRG ilə birlikdə hazırda “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsini öyrənirik. Bu yataq Xəzər dənizində 45–450 metr dərinlikdə yerləşən qaz yatağıdır. Hasilata 2023-cü ilin iyul ayında başlanılıb və istehsal ilk gündən etibarən sabit qalaraq yüksək etibarlılıq və sənaye təhlükəsizliyinin yüksək səviyyəsini nümayiş etdirir ki, bu da gələcək inkişaf üçün möhkəm əsas yaradır”,- deyə o bildirib.

Opizzi qeyd edib ki, ikinci mərhələ (yatağın tammiqyaslı işlənməsi) iki əsas komponenti əhatə edir.

Onun sözlərinə görə, birinci komponent üç sualtı quyunun qazılmasını və 114 kilometr uzunluğunda çoxfazalı dəniz boru kəmərlərinin çəkilməsini nəzərdə tutur.

“İkinci komponent isə məhsulun həm daxili, həm də beynəlxalq bazarlara tədarükə hazırlanması üçün nəzərdə tutulmuş qazın emalı üzrə quruda yerləşən emal qurğusunun tikintisini əhatə edir. Bu, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə və onun etibarlı regional qaz təchizatçısı kimi rolunun güclənməsinə töhfə verəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, son günlər Bakı Metropolitenində texniki nasazlıqlar və texniki baxış zərurəti səbəbindən qatarların hərəkətində gecikmələr müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti