...

Ronaldonun qarşıdakı oyunlarda iştirakı fiziki durumundan asılı olacaq

İdman Materials 4 Mart 2026 04:58 (UTC +04:00)
Ronaldonun qarşıdakı oyunlarda iştirakı fiziki durumundan asılı olacaq

Bakı. Trend:

“Al Nəsr” hücumçusu Kriştiano Ronaldonun zədə aldığını açıqlayıb.

Trend xəbər verir ki, 41 yaşlı Portuqaliya millisinin forvardı Səudiyyə Ərəbistanı çempionatının 24-cü turunda “Al Fayha” ilə oyunda (3:1) narahatlıq səbəbindən 81-ci dəqiqədə əvəzlənmişdi.

Bu gün klub Ronaldonun bud nahiyəsinin arxa səthində zədə aldığını bildirib. Futbolçu artıq bərpa prosesinə başlayıb və vəziyyəti gündəlik olaraq qiymətləndiriləcək.

Ronaldu bu mövsüm liqada 22 matçda 21 qol vurub.

Xəbər lenti

Xəbər lenti