Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan 14,2 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar ayındakı göstərici ilə müqayisədə 6,8 milyon ABŞ dolları və ya 32,4% azdır.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9% artaraq 268,4 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 22,6% artaraq 103 milyon ABŞ dollarına bərabər olub.
